YAP-ın sədr müavini Əli Əhmədov vyetnamlı nümayəndə heyətini qəbul edib

YAP-ın sədr müavini Əli Əhmədov vyetnamlı nümayəndə heyətini qəbul edib
Bu gün Yeni Azərbaycan Partiyasının qərargahında partiyanın Sədr müavini-İcra katibi Əli Əhmədov \"Modernləşmə siyasəti: "yeni iqtisadi və sosial çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Vyetnamdan gələn nümayəndə heyəti ilə görüşüb.

SİA-nın verdiyi məlumata görə, görüşdə Vyetnam Kommunist Partiyası xarici əlaqələr şöbəsinin müdiri Vuong Thua Phong və şöbənin digər məsul işçiləri Tran Thi Kim Vinh,Tran Canh Hung Azərbaycan və Vyetnam dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən danışaraq keçiriləcək beynəlxalq konfransın hər iki dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

YAP-ın icra katibi Əli Əhmədov isə bu gün Azərbaycanın xarici əlaqələrinin inkişafının məhs Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha geniş vüsət aldığını deyib: \"Bu gün Azərbaycanın əsas ali təhsil ocaqlarında kifayət qədər vyetnamlı tələbələrin təhsil alması hər iki dövlətin gələcək inkişafında müsbət rol oynayacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə