Siyavuş Novruzov: “Müxalifət indiyədək bütün oyunlardan çıxıb və heç bir nəticə əldə edə bilməyib\" - AÇIQLAMA
\"Hər seçkidən sonra etirazların olması təbiidir. Hazırda Rusiyada da bu proses gedir. Yəni, seçki dövründə gərgin bir proses yaşanır, insanlar aktivləşir. Bu aktivlik sönənə qədər bu proses gedəcək. Mən elə hesab edirəm ki, burada ciddi bir hadisə gözlənilmir\". SİA-nın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan müxalifətinin Rusiyada baş verən proseslərə ümid bəsləməsini şərh edərkən deyib.
\"Azərbaycan müxalifəti ümumiyyətlə, xalqla bağlılığı olmadığına görə, ayrı-ayrı hadisələrdən nəsə gözləyir. Bütün bu hadisələrin, rəngbərəng - \"narıncı\", \"qızılgül\" inqilablarının şahidi olmuşuq. Hər dəfə bir rəng dəyişdilər, bir gün narıncı kostyum geyindilər, bir gün şərf bağladılar. Müxalifət indiyədək bütün oyunlardan çıxıb və heç bir nəticə əldə edə bilməyib, çünki hakimiyyətin mənbəyi xalqdır\", - deyə millət vəkili bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasına keçirilən seçkilərdən sonra rus müxalifəti bir neçə dəfə etiraz aksiyası keçirib.
Cabir Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB