Fransa parlamentinin aşağı palatasında qondarma \"qanun\" qəbul edildi
Fransa parlamentinin aşağı palatasının iclasında qondarma \"erməni soyqırımı\"nın tanınmasının inkar edilməsini qadağan edən qanun layihəsi 19 əleyhinə, 106 lehinə olmaqla təsdiqlənib. SİA-nın "Zaman\" qəzetinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Fransa parlementinin yuxarı palatası olan senata göndəriləcək. Yenidən qəbul olunacağı təqdirdə qanun layihəsi imzalanması üçün Fransa prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, qanun layihəsinə görə, qondarma \"erməni soyqrımı\"nı inkar etmək cinayət hesab ediləcək və bu qanunu pozanlara 1 ilə qədər həbs və ya 45 min avro cərimə tətbiq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB