Qarabağda erməni əsgər kor oldu

Ermənistan ordusunun işğal etdikləri Dağlıq Qarabağda əsgər ölümləri getdikcə artmaqda davam edir. Bütün baş verən hadisələrdə ermənilər hakimiyyəti günahlandırır, əsgər ölümlərinə biganə qalmaqda suçlayırlar. SİA-nın verdiyi məlumata görə, Ermənistanın işğalçı dövlət siyasətinə etiraz edənlər arasında hərbçilər çoxluq təşkil edir. Xüsusən də işğal altında olan Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmək istəməyənlərin sırası daha sıxdır. Bu fakt araşdırmalar nəticəsində ortaya çıxıb. Məlumatda o da bildirilir ki, hər ay Ermənistan ordusunda orta hesabla 40 hərbçi həlak olur. Bunların da əksəriyyəti əsgərlər arasında baş verən insidentlərin nəticəsidir.

Belə hadisələrdən biri də Dağlıq Qarabağ ərazisində yerləşən, ermənilərin "Yeğnikner" adlandırdıqları hərbi hissədə dekabrın 14-də insident baş verib. 18 yaşlı əsgər Narek Avetisyan digər hərbiçi ilə münaqişə nəticəsində sağ gözünü itirib. Hərbi hissənin yeməkxanasında düşən davada ona dəmir zəncirlə zərbə vurulub. Bundan bir gün sonra o, Yerevanın göz xəstəxanasına aparılıb.

Əsgərin atası Andranik Avetisyan isə hadisənini başvermə səbəbinə aydınlıq gətirib. O, oğlunun gizir Armen Tovmasyan tərəfindən döyüldüyünü və xəsarət yetirildiyini bidirib. Əsgərin atası deyir ki, hadisədən üç gün keçib, lakin nə hərbi hissədən, nə Müdafiə Nazirliyindən maraqlanan olmayıb. "Heç hərbi polisdən də gələn olmayıb. Bilirsiniz, oğlum hərbi hissədə yarım saat görünməsəydi, indi hərbi polis aləmi alt-üst etmişdi. Üçüncü gündür, biri də gəlməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə