Milli Parkda bütün atraksionlar pulsuz oldu-Reportaj

Milli Parkda bütün atraksionlar pulsuz oldu-Reportaj

Dənizkənarı Bulvar İdarəsinin təşəbbüsü ilə ilk dəfə olaraq iyun ayından baş tutan kampaniya artıq mütəmadi hal alıb. SİA-nın xəbərinə görə, bu dəfəki kampaniyada iştirak edənlərin sayı ötən dəfəkilərlə müqayisədə xeyli çox idi. Səhər saat 9-dan başlayan aksiya günorta saat 1-dək davam edib.Əvvəlki kampaniyalar kimi bu dəfə də kütləvi izdihamın yaşanması gözlərimizdən qaçmayıb. Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidovun sözlərinə görə, bu kampaniyadan 15 yaşına qədər uşaqlar pulsuz olaraq yararlanıb. O həmçinin sözlərinə əlavə edib ki, bu kampaniya il boyu davam edəcək. Ayda bir dəfə olmaqla keçirilən aksiyada bu dəfə həm uşaqlar, həm də valideynlər razı qalıb. Qeyd edək ki, Bakının Dənizkənarı Milli Parkında növbəti dəfə pulsuz atraksion dekabrın 24-də təşkil olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə