Roland Kobia: “AB münaqişədə mövcud status-kvo vəziyyətinin qəbuledilməz olduğunu etiraf edir”

Roland Kobia: “AB münaqişədə mövcud status-kvo vəziyyətinin qəbuledilməz olduğunu etiraf edir”

"Avropa Birliyi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli prosesinə sadiq qalır". SİA-nın məlumatına görə, bu sözləri Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib. Onun sözlərinə görə, cari ildə Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Filipp Lefortu Avropa Birliyinin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin edib və bu Ali Nümayəndə tərəfindən qurumun Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu sübuta yetirən güclü mesajdır: "Bu həm də Avropa Birliyinin bu məsələdə daha aktiv rol oynaması niyyətindən xəbər verir. Biz Minsk Qrupuna daxil deyilik. Lakin Minsk Qrupunun yanındayıq və onlara dəstək verməyə çalışırıq".

Avropa Birliyi münaqişədə mövcud status-kvo vəziyyətinin qəbuledilməz olduğunu etiraf etdiyini deyən səfir bildirib ki, münaqişənin sülh yolu ilə həllinin tapılması vacibdir: "Biz buna sadiqik və hesab edirəm ki, 2012-ci ildə Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə daha aktiv dəstək verməsinin şahidi olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə