Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 15-də Azərbaycanın rayonlarında dekabrın 15-də əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Dekabrın 15 və 16-da əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB