Fərhad Bədəlbəyli: \"Dağlıq Qarabağın erməni icmasının Berlin görüşünə gəlməməsinə səbəb rejimin təzyiqidir\"
\"Dağlıq Qarabağın erməni icmasının Berlin görüşünə gəlməməsinə səbəb rejimin təzyiqidir\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli deyib. \"Əgər onların pulu yoxdursa, biz verə bilərik. Biz belə fikirləşirik ki, onlar müvəqqəti rejim altında yaşayır və ona görə də qorxurlar. Amma gələcəkdə bu görüşlər mütləq təşkil olunacaq. Lazım olsa, sərhəddə də görüşə bilərik. Biz bu siyasəti davam etdirəcəyik. Bu bizim torpağımızdır, ora qayıtmalıyıq və orada yerli camaatla müvəqqəti də olsa yaşamalıyıq. Ona görə də bir-birimizi eşitməliyik\".
İcma üzvü qeyd edib ki, gələcəkdə Moskvada, ya da hansısa şəhərdə icmaların görüşü baş tutacaq. Onun sözlərinə görə, lazım gəlsə, lap qoşunların təmas xəttində - Ağdam, Bərdə və Tərtərdə görüşlər təşkil edilə bilər. F. Bədəlbəyli növbəti görüşün Rusiyada baş tutacağı ehtimalının olduğunu deyib. O hesab edir ki, növbəti görüş üçün erməni tərəfi ilk olaraq təşəbbüs göstərməlidir: "Biz ora necə getməliyik və necə yaşamalıyıq? Təhlükəsizlik və evləri bərpa etmək problemləri necə həll oluna bilər. Bu problemlər müzakirə olunmalıdır. Bizim də bir strateji planımız olmalıdır. Biz o vaxta hazır olmalıyıq. Boş şüarlarla bu görüşlərə getməməliyik. Şuarlar olduğu kimi buna uyğun plan olmalıdır. Bu problemi onlarla danışmağa hazırıq".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB