YAP Səbail rayon Təşkilatının IX konfransının iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb-FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon Təşkilatının IX konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransdan əvvəl qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universitetində ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüb və ona hörmət və ehtiramlarını bildiriblər. Konfransa başlamazdan öncə katiblik seçilib və gündəlikdə duran 5 məsələ açıqlanıb.
İclasda çıxış edən YAP Səbail rayon Təşkilatının sədri Zahid Qaralov bildirib ki, 23500 nəfərlik partiya üzvlərindən 377 nəfər bu konfransa nümayəndə seçilib. Onun sözlərinə görə, 17 nəfər üzürlü səbəblərdən iştirak etmədiyindən, konfransa 360 nəfər iştirak edib. O, YAP Səbail rayon Təşkilatının ötən VIII konfransından keçən zaman ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
"Ötən dövrdən bu günə kimi partiya üzvlərinin sayı 21 mindən 23500 nəfərə çatıb. Onların arasında qadınlar və gənclərin sayı daha çox artıb. Bu gün partiya üvzlərinin 66%-ni gənclər, 57%-ni isə qadınlar təşkil edir. Partiya üzvləri ictimai-siyasi həyatda da fəallıq göstərir. 17 nəfər hüquq-mühafizə orqanlarında işə keçdiyi üçün partiya sıralarından çıxarılıb. 7 nəfər isə partiya nizamnaməsini pozduğuna görə, partiyadan uzaqlaşdırılıb. Ərazi təşkilatlarından 478 nəfər partiyanın rəhbər oqranlarına seçilib. Ötən dövrdən bu günə kimi partiyanın Səbail rayon Təşkilatına 4225 müraciət daxil olub. Bunun 3097-si partiya üzvlüyünə qəbulla bağlı, 168-I müxtəlif məsələlər üzrə şəxsi müraciətlər, 672-si isə partiyaya aidiyyatı olmayan məsələlərdir", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ötən hesabat ili ərzində ölkədə, xüsusən də rayonda aparılan abadlıq-quruculuq və sosial-iqtisadi sahədə görülən işlərdən danışıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni nailiyyətlərə imza atacağımıza əmin olduğunu bildirib və konfrans iştirakçılarına uğurlar arzulayıb.
YAP-ın Səbail rayon təşkilatının nəzarət təftiş komissiyasının sədri Səbuhi Gülməmmədov isə hesabat məruzəsi ilə çıxış edib.
Milli Məclisin vitse-spikeri Bahar Muradova Yeni Azərbaycan Partiyasının gördüyü işləri yüksək qiymətləndirib: "Partiyalıq münasibətini bəziləri sovet dövründən qalma hal kimi hesab edirlər. Bu düzgün deyil. Bu gün fəaliyyət göstərən YAP ümummlilli lider Heydər Əliyev tərəfindən yaradılıb və fəaliyyətində həmçinin şəffaflıq qorunub saxlanılıb. Partiyanın bu gün gördüyü işlərdə də bu şəffaflıq öz işini görür. Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir. Bu da əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasətinin bariz nümunəsidir".
Tədbirdə iştirak edən qonaqlar partiyanın ötən konfransdan keçən dövr ərzində görülən işlər, əldə edilən nailiyyətlər və qarşıda duran məsələlər barədə ətraflı məlumat əldə ediblər.
Konfransın davamında YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov yekdil səslə yenidən rayon təşkilatının sədri seçilib. Bundan əlavə təşkilatın idarə heyətin 35, şuraya 131, nəzarət təftiş komissiyasına isə 9 üzv və təşkilatın sədr müavinləri seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Səbail rayon Təşkilatının IX konfransı iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB