Almaniyanın Azərbaycandakı səfiri: “Azərbaycanın BMT TŞ-yə seçilməsi çox uğurlu hadisədir”
"Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi çox uğurlu hadisədir". SİA-nın xəbərinə görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib. Onun sözlərinə görə, BMT-də əldə edilən uğuru Azərbaycanda qanunun aliliyi prinsiplərinin beynəlxalq aləmdə tanınması kimi də dəyərləndirmək olar.
Məhkəmə hüquq sistemində iki ölkə arasında təcrübə mübadiləsi aparılmasının vacibliyini vurğulayan səfir qeyd edib ki, Azərbaycanda hakimlərin qərəzsizlik prinsipləri ilə fəaliyyət göstərməsi üçün çox işlər görülür. Belə ki, bu səyləri dəyərləndirmək lazımdır.
"Almanlar inanır ki, siyasi cəhətdən çətin qərarları Almaniya Konstitusiya Məhkəməsinin icraatına vermək olar. Almanlar məhkəmələri qərəzsiz qurum kimi dəyərləndirirlər. Mənim üçün xoşdur ki, Azərbaycanla bu təcrübəni paylaşırıq",-deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB