Tovuzda ulu öndər yad edildi
Tovuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) fəallarının, yerli hakimiyyət strukturları nümayəndələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib. Tədbir iştirakçıları şəhərin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət ediblər.

SİA-nın verdiyi məlumata görə, ziyarətçilər daha sonra Heydər Əliyev Mərkəzində olublar. Bununla yanaşı rayonun bütün təhsil ocaqlarında ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib. Rayon İcra Hakimiyyətinin və YAP Tovuz rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndərin vəfatının 8 illiyi ilə əlaqədar silsilə tədbirlər rayonun bütün yaşayış məntəqələrində də keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə