Əli Əhmədov: “Heydər Əliyevin titanik səyi nəticəsində güclü bir dövlət qurulub” - MÖVQE

Əli Əhmədov: “Heydər Əliyevin titanik səyi nəticəsində güclü bir dövlət qurulub” - MÖVQE

Vaqif Mustafayevin yaradıcılığında Heydər Əliyev mövzusu önəmli yer tutur. Bunu Səs TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib: "Vaqif Mustafayev yaratdığı Heydər Əliyev filminin 11-ci seriyasında dahi şəxsiyyətin Azərbaycandakı dövlət quruculuğu sahəsindəki çox böyük xidmətlərini geniş şəkildə əks etdirə bilib. Azərbaycan vətəndaşları və xüsusi olaraq Azərbaycan gəncləri həmin o illəri, prosesləri bir daha xatırladılar. Bir daha bizim gənclərimiz əmin oldu ki, Heydər Əliyevin titanik səyi nəticəsində güclü bir dövlət qurulub və həmin dövlət hər bir vətəndaşı müdafiə edir, onun rifahını, gözəl həyatının təminatçısıdır", - deyə sədr müavini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə