Bahar Muradova: “Bugünkü nəslin üzərinə düşən vəzifə Heydər Əliyev irsini qorumaq və gələcək nəsillərə çatdırmaqdır”

Bahar Muradova: “Bugünkü nəslin üzərinə düşən vəzifə Heydər Əliyev irsini qorumaq və gələcək nəsillərə çatdırmaqdır”

Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevlə bağlı "Dövlət" filminin hər 3 hissəsində ulu öndərin Azərbaycan xalqı və dövləti üçün kim olduğu və dövlətçiliyimizin qurulması istiqamətində nə kimi fəaliyyət göstərdiyi açıq-aydın əks olunub.

Bunu Səs TV-yə müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib: "Bu irs nə qədər Azərbaycan var, o qədər də olacaq. Bizim bu günki nəslin üzərinə düşən vəzifə bu irsi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərin faydalanması üçün şərait yaratmaqdır. Qəlbində vətən eşqi döyünən, vətənpərvərlik hissi olan hər bir Azərbaycan vətəndaşı bu irsin mövcudluğundan, Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü bütün işlərdən qürur və fəxarət hissi duyur", - deyə vitse-spiker sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə