Fəttah Heydərov: “Heydər Əliyevin başladığı işlərin davam etməsi nəticəsində xalqımız yeni-yeni uğurlara sahib olub” - AÇIQLAMA
Bu gün Şəhriyar adına Mədəniyyət Sarayında ulu öndər Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş tədbirdə Milli Məclisin deputatı Fəttah Heydərov dahi siyasi xadimin xatirəsinin Azərbaycan xalqı üçün daima əziz olduğunu deyib: "Ulu Öndərin aramızdan getməsindən 8 il ötür. Bu, xalqımız üçün nə qədər ağır olsa da, Heydər Əliyev özünə qəlblərdə daimi məskən salıb. Bu gün Azərbaycanda Heydər Əliyevin başladığı işlərin davam etməsi nəticəsində xalqımız yeni-yeni nailiyyətlərə, uğurlara sahib olub. Ölkəmizdə gedən böyük quruculuq işləri, insanların maddi rifahının yaxşılaşması, Azərbaycanımızın gözəlləşməsi Heydər Əliyev adı ilə bağlıdır\".
Millət vəkili qeyd edib ki, Ulu öndərimizin uğurlu davamçısı prezident İlham Əliyevin fəaliyyəti isə Heydər Əliyevin müasir dövrümüz üçün ən gəzəl nümunəsidir. Hesab edirəm ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi də bu uğurlarımızın, inkişafımızın qarşısında tezliklə öz həllini tapacaq. Bundan sonra Azərbaycanımız dünyanın ən qüdrətli, ən nümunəvi, ən gözəl dövləti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB