Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları günüdür. 1948-ci ildə BMT Baş Assambleyası İnsan Hüquqları üzrə ümumi bəyannamə qəbul edib. 1950-ci ildən başlayaraq isə 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.
Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.
Avropada insan hüquqlarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada bu konvensiyaya əsaslanan real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
"Azərbaycanda insan hüquq və azadlığı ilə bağlı ölkəmizin Konstitusiyasında bu məsələyə xüsusi yer verilib. Milli Məclis bu haqda beynəlxalq standartlara cavab verən qanun qəbul edib. Bir neçə il öncə isə Avropa Şurası ilə birgə əməkdaşlıq şəraitində hazırlanmış "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun Milli Məclisdə qəbul olunub.
2002-ci il 2 iyul tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilib. Seçildiyi gündən Elmira Süleymanova ombudsmandır. Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanıb.
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalanıb.
2 iyul 2002-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB