YAP  rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib-FOTOSESSİYA

YAP rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib-FOTOSESSİYA
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. SIA-nın məlumatına görə, ziyarətçilər arasında YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəklər düzülüb. Daha sonra Şəhriyar adına Mədəniyyət Sarayında Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş tədbir öz işinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə