Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar verib.
SİA-nın Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumatına görə, qərara əsasən Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 31.2-ci bəndi ləğv edilib.
Qeyd edək ki, "Elektron xidmət növlərinin Siyahısı"nın 31.2-ci bəndi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə və torpağa mülkiyyət hüququna dair dövlət aktlarına dublikatların verilməsinə dair səlahiyyəti əksini tapıb. Bu dəyişikliklə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həmin səlahiyyətini itirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB