Məlahət İbrahimqızı: “ATƏT-in Minsk qrupu həmsədrləri ermənipərəst mövqedən çıxış edirlər”

Məlahət İbrahimqızı: “ATƏT-in Minsk qrupu həmsədrləri ermənipərəst mövqedən çıxış edirlər”

\"ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci Toplantısında verilən bəyanat, Minsk qrupunun həmsədrlərinin bölgəyə səfərləri, apardığı danışıqlar çox yaxşı haldır\". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, danışıqların intensivləşməsi problemin həllinə doğru bir addımdır: "Nə qədər çox danışıqlar getsə, münaqişənin qaranalıq, zidiyyətli, qarışıq məqamları bir daha çözülər. Lakin hesab etmirəm ki, bu görüşlərdən hələ uğurlu bir nəticə alınsın. Çünki Ermənistan həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqe nümayiş etdirir. Rəsmi İrəvanın bu mövqeyində ona dəstək olan qüvvəllər var. ATƏT-in Minsk qrupunun üç həmsədri var və trionun hamısı ermənipərəst mövqedən çıxış edən dövlətlərdir".

Millət vəkili hesab edir ki, həmsədr dövlətlərində mövcud olan erməni diasporunun fəaliyyəti münaqişənin həllinə bu və ya digər formada mənfi təsir: "ABŞ-da erməni diasporunun qüvvəsi yetərlidir və ölkə prezidentinə təsir etmə qüvvəsinə malikdir. Məsələn, diaspor Azərbaycana səfir təyin olunan diplomat Metyu Brayzanın geri çağrılmasında mütəmadi iş aparır. Görün, bu nə qədər həddini aşmaq deməkdir. Barak Obama ermənilərin də bu addımına sərt cavab vermək əvəzinə üstündən ötür. İkincisi isə Fransadır. Ermənilərin ən güclü icması olan bir dövlətdir. Ən yüksək səviyyədə, hətta Fransanın prezidenti səviyyəsində ermənilər dəstəklənir. Hətta Sarkozi regiona səfəri zamanı gözümüzün qabağında bunu nümayiş etdirdi. Azərbaycana səfəri zamanı Şəhidlər Xiyabanını ziyarət etmədi, amma qondarma \"erməni soyqırımı\" abidəsini ziyarət etdi. Növbəti isə Rusiyadır. Məhz Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir. Bütün bunları nəzərə alsaq hesab etmirəm ki, danışıqlarda hər hansı bir irəliləyiş əldə olunsun. Lakin görüşlərin intensivləşməsi bütün hallarda münaqişənin beynəlxalq təşkilatların gündəmində qalmasına gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə