Mübariz Əhmədoğlu: “Ermənilər ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəifləməsinə sevinirlər” - MÜNASİBƏT
"Ermənistanın Rusiya ilə münasibətləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində problemləri artırmağa meyyilidir". Bunu keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib. SİA-nın verdiyi xəbərə görə, Mübariz Əhmədoğlu çıxışında bildirib ki, ermənilər ATƏT-in Minsk qrupunun fəaliyyətinin zəifləməsinə sevinirlər. Vasitəçilərin fəaliyyətinin zəifləməsi bir başa onların apardığı siyasətin nəticəsidir.
M.Əhmədoğlu həmçinin bildirib kİ, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın tutduğu mövqe bu dövlətin planlarının tərkib hissəsidir. ATƏT-in Minsk qrupunun vasitəçiliyinin sıradan çıxarılması alternativ vasitəçilik şəraiti yaradır. Avropa İttifaqının yaxın zamanlarda alternativ vasitəçilik təşəbbüsünün irəli sürülmə imkanı qalmadığını nəzərə alsaq hal-hazırda bunun minimum üç variantı mümkündür.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB