Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Fransanın Marsel şəhərində səfərdədir. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd Avropa Xalq Partiyasının XX qurultayında iştirak etməkdir.
Səfər çərçivəsində A.Hacıyevin Avropa Xalq Partiyasının rəhbərliyi ilə partiyalararası münasibətlərin daha da inkişaf etməsi istiqamətində danışıqlar aparacağı və ikitərəfli görüşlərdə iştirak edəcəyi planlaşdırılır.
Qurultay dekabrın 9-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB