Sabah \"Aşura\"dır

Qəməri ayların ilki olan Məhərrəmin onuncu günü Aşura adı ilə tanınıb. Müsəlmanlar bu tarixi Əli və Fatimənin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyni anma günü kimi qeyd edirlər.

Məhərrəm ayının 10-cu günü Aşura günü, 9-cu günü ilə 10-cu günü arasındakı gecə isə Aşura gecəsi adlanır: \"Aşura gecəsi \"Qurani-Kərim\"də yüksək qiymət verilən dörd aydan biri sayılan Məhərrəm ayının ən qiymətli gecəsidir. Allah-taala bir çox duaları Aşura günlərində qəbul edib. Həzrəti Məhəmmədin etdiyi və buyurduğu şeyləri yerinə yetirmək ibadət sayılır. Dini kitabların yazmadığı, din alimlərinin bildirmədiyi şeyləri etmək savab olmaz, günah olar. Bu gün hər hansı bir yaxşılıq etmək, tanıdığı adamlara ziyafət, fəqirlərə sədəqə vermək savabdır, ibadətdir. Bu günlərdə oruc tutmaq çox savabdır. Yaxşı olar ki, yalnız 10-cu gün deyil, bir gün əvvəlki və ya bir gün sonrakı günlə birlikdə oruc tutulsun".

Son illər Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə "Aşura" günündə qanvermə aksiyası keçirilir. Bu ildə QMİ müqəddəs günlə bağlı aksiyalar təşkil ediləcəyini bildirir: "Aşura günü" talassemiyalı və qana ehtiyacı olan digər xəstələrə yardım etmək məqsədilə qanvermə kampaniyası keçiriləcək. Müsəlmanları kampaniyada fəal iştirak etməyə çağırırıq".



Hədisi-şəriflərdə buyrulur ki, Allah-taala göyləri, yeri, dağları, dənizləri, ulduzları, Ərşi və mələkləri, Adəm əleyhissəlamı Aşura günü yaradıb. İbrahim əleyhissəlamın dünyaya gəlişi və Nəmrudun atəşindən qurtuluşu Aşura günü olub. Aşura günü zərrə qədər sədəqə verən kimsəyə Allah-taala Uhud dağı qədər savab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə