Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Bhumibol Adulyadejə təbrik məktubu ünvanlayıb: "Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir", - təbrikdə deyilir.
Dövlət başçısı İlham Əliyev Bhumibol Adulyadejə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB