FHN yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən bəzi körpülərdə çatlar və dəliklər aşkarlayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərdə, körpü və yol keçidlərində, sürüşmə zonalarında monitorinq keçirib. SİA-nın "Fövqəladə Hallar" qəzetinə istinadən xəbər verir ki, FHN-in Sumqayıt Regional Mərkəzi əhatə etdiyi ərazilərdə təbii və texnogen xarakterli təhlükəli hadisələrdən əhalinin xəbərdar edilməsi, həmin hadisələrin vaxtında qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində monitorinq həyata keçirir.
Noyabr ayında mərkəzin əməkdaşlarından ibarət yaradılmış monitorinq qrupunun üzvləri Sumqayıt şəhərində, H.Z.Tağıyev və Ceyranbatan qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərdə, körpülərdə, yol keçidlərində, sürüşmə zonalarında növbəti yoxlama-müşahidə işlərini aparıblar.
Monitorinqlər zamanı bəzi körpülərdə çatlar və dəliklər aşkarlanıb, yüksək gərginlikli elektrik xətlərinin altında yaşayış üçün təhlükəli tikililərin siyahısı tutulub, sürüşmə zonalarında yeni "mayak"lar qurulub.
Aparılmış müşahidələr nəticəsində müəyyən olunmuş nöqsanlarla bağlı məlumatlar toplanaraq təhlil edilib və aidiyyəti icra orqanlarına təkliflər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB