ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı Vilnüsdə keçiriləcək

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı Vilnüsdə keçiriləcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov dekabrın 6-7-də Litvanın paytaxtı Vilnüsdə səfərdə olacaq. TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi Litva Respublikasının sədrliyi ilə keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında iştirak etməkdir.

Dünyanın 56 ölkəsinin xarici işlər nazirlərinin iştirak edəcəyi toplantıda, 200-dən çox beynəlxalq təşkilatın nümayəndəsi də dəvət olunub. Səfər çərçivəsində R.Həsənovun Qazaxıstan, Qırğızıstan və Türkiyənin xarici işlər nazirləri, eləcə də Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı ilə görüşü də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə