Ordumuz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 30-da saat 16.00-dan 16.15-dək və 18.40-dan 18.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.05-dən 17.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.


Bütün xəbərlər Facebook səhifəmizdə