Riçard Giraqosyan: “Hazırkı \"status kvo\" Ermənistanın milli maraqlarına xidmət etmir”

Riçard Giraqosyan: “Hazırkı \"status kvo\" Ermənistanın milli maraqlarına xidmət etmir”

Ermənistan üçün başlıca strateji təhlükə Azərbaycan, yaxud Türkiyə deyil, onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir. SİA-nın xəbərinə görə, bunu Regional Araşdırmalar Mərkəzinin amerikalı sədri Riçard Giraqosyan bildirib. O, eyni zamanda rəsmi Yerevanın Azərbaycanla davam edən münaqişəsi səbəbilə regional enerji layihələrindən kənarda qaldığını və iqtisadi inkişafının önündə böyük maneələr yarandığını vurğulayıb.

Ölkədaxilində mövcud sosial böhran fonunda miqrasiyanın geniş vüsət aldığını deyən Giraqosyan əhalinin son zamanlar Rusiya və yaxud ABŞ-a üz tutduğunu deyib: "Əsas toqquşmalar hakimiyyətin öz daxilində cərəyan edir. Siyasi mübarizə, Levon Ter-Petrosyan, Serj Sarkisyan və sonuncu prezident Robert Koçaryan arasında gedir. Qarşıdan palament seçkiləri yaxınlaşdıqca prezident Sarkisyan ikinci dönəmə seçilmək üçün mənsub olduğu Respublikaçılar Partiyasının mövqelərini möhkəmləndirməyə çalışır. Sadə ermənilərin siyasətə münasibətləri isə etinasızlıqla müşahidə edilir. İnsanlar hələ də Dağlıq Qarabağla sabit gələcək arasında seçimlə qaldıqlarını düşünürlər. Radikal millətçilər ermənilərin Dağlıq Qarabağa bağlılıqlarını əldə bayraq edərək demokratiyanın genişlənməsinə əngəl törədir və Ermənistanı Rusiyadan asılı durumda saxlamaqda davam edirlər".

Sonda Giraqosyan hazırkı \"status kvo\"nun Ermənistanın milli maraqlarına xidmət etmədiyini və durğunluqdan çıxmaq üçün yollar axtarmağın vacib olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə