Şəkidə fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrinin məntəqələrində bəzi bələdiyyələrə təkrar, əlavə və yeni keçirilən seçkilər şəffaf və demokratik şəraitdə davam edir. SİA-nın verdiyi məlumata görə, bu dairələr üzrə 11 bələdiyyəyə boş qalmış 12 bələdiyyə üzvü yeri uğrunda ümumilikdə 46 namizəd mübarizə aparır. Onlardan 16 nəfəri iqtidar partiyasını, qalanları isə bitərəfləri təmsil edirlər. Səsvermə bu seçki dairələrinin 27 seçki məntəqəsində təşkil olunub. Səsvermənin gedişini 270 nəfər yerli müşahidəçi izləyir.
Seçki dairələri dairə seçki komissiyalarından verilən məlumata görə, saat 12.00-dək 113 saylı Şəki şəhər seçki dairəsi üzrə seçicilərin 15,1 faizi, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə seçicilərin 15,8 faizi, 115 saylı Şəki kənd ikinci seçki dairəsi üzrə isə seçicilərin 15,3 faizi səsvermədə iştirak edərək seçimlərini ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB