Hacı Sabir Həsənli: “Azərbaycan və Ermənistanın dini liderlərinin növbəti görüşlərindən biri döyüş bölgəsində keçiriləcək”
Azərbaycan və Ermənistanın dini liderləri Allahşükür Paşazadə və II Qareginin növbəti görüşlərindən biri döyüş bölgəsində keçiriləcək. Bunu QMİ sədrinin müavini Hacı Sabir Həsənli bugün keçirdiyi mətbuat konfransında deyib. Bütün Qafqazın şeyxi, Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadənin Ermənistanın paytaxtında keçirilən MDB Dinlərarası Şurası Rəyasət Heyətinin iclasında iştirakına münasibət bildirən Hacı Sabir Yerevan şəhərində keçirilən MDB DŞ Rəyasət Heyətinin toplantısında Şeyxülislam A. Paşazadənin həmsədr olaraq çıxış edərək Dağlıq Qarabağ məsələsinə dair öz mövqeyini ortaya qoyduğunu bilirib. Hacı Sabir İrəvan səfərində məqsədin erməni tərəfi ilə görüşmək deyil, məhz MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin toplantısında iştirak etmək olduğunu söylədi. O, Aleksandr Atanın da A. Paşazadə ilə birlikdə səfərdə iştirak etdiyini bildirib. Qeyd olunub ki, Rus Pravoslav kilsəsəinin başçısı Patriarx Kirilin vasitəçiliyi, QMİ sədri Şeyxüilislam A.Paşazadə və erməni dini lideri II Qaragenin iştirakı ilə üçtərəfli görüş keçirilib ki, həmin görüşün nəticələrinə dair də Birgə Bəyannamə imzalanıb. Bununla belə QMİ sədr müavini səfər çərmivəsində İrəvanın mərkəzində yerləşən tarixi Cümə məsdinin də ziyarət olunduğunu sözlərinə əlavə edib. Qeyd edəki ki, QMİ sədri Şeyxülislam A. Paşazadə MDB DŞ həmsədri kimi noyabrın 28-də Ermənistanın paytaxtında keçirilən MDB DŞ Rəyasət Heyətinin iclasında iştirk etmək məqsədilə Yerevanda işgüzar səfərdə olmuşdur. Onu burada ermənilərin Ali Katolikos-Patriarxı II Qaragen qarşılamışdı. Dini liderlər arasında növbəti görüşün vaxtı isə hələləlik bəlli deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB