Papa 16-cı Benedikt barəsində vətəni Almaniyada cinayət işi açılıb. Səbəb isə Papanın səfər əsnasında avtomobilində təhlükəsizlik kəmərindən istifadə etməməsidir. SİA-nın verdiyi məlumata görə, sentyabr ayında Papa seçildikdən sonra ilk dəfə Almaniyaya səfər edən 16-cı Benedikt, Papa-mobil adlı avtomobili ilə Freiburg küçələrində gəzib. Papa gəzinti zamanı təhlükəsizlik kəmərindən istifadə etməyib. Bunu görən bir almaniyalı \"təhlükəsizlik kəməri taxmayan papa sağlamlığını təhlükəyə atır\" adı ilə polisə şikayət edib. Almaniyalı şikayətçi ərizəsində şahid kimi Baden Worttemberg şəhərinin baş naziri və Almaniya Katolik baş yepiskopunu göstərib. Bu iki şəxsdən şahidlik etməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB