"Hamını "bizdən şərqdə xristian olmadığına" və guya "ermənilərin Yer üzündə ən qədim xristian milləti" olduğuna inandırmağa çalışan adamdan bu tip bəyanatlar eşitmək sevindirici və eyni zamanda təəccüblüdür". Bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin dini xarakter daşımadığına dair bəyanatını şərh edərkən bildirib.
Ermənistan KİV-in məlumatına görə, Ermənistan prezidenti Serj Sarkisyan MDB ölkələri Dinlərarası Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır və imkan vermək olmaz ki, iki ölkənin dinləri – xristianlıq və islam bir-birinə qarşı dayansın.
"Cənab Sarkisyanın təfəkküründə təkamül hiss olunur. Lakin onun bəyanatı olmadan da aydındır ki, Dağlıq Qarabağ münaqişəsi dini xarakter daşımır. Məlumdur ki, bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına əsaslanır", – Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib.
"Maraqlıdır ki, Sarkisyan konstruktiv və tolerant görünməyə çalışır, baxmayaraq ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində və azərbaycanlılara aid olmuş indiki Ermənistanın ərazisində müsəlman dini və mədəni abidələri məhv edilib", – Abdullayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB