Ötən gün metroda gediş haqqının 15- qəpikdən 20-qəpiyə qədər artırılması ilə bağlı Tarif Şurasının qərarından sonra Bakı Metropoliteni qəribə addım atıb. SİA-nın verdiyi məlumata görə, Şuranın qərarının dekabrın 1-dən tətbiq olunması nəzərdə tutulsa da, gediş haqqı yükləmək üçün artıq məhdudiyyətlər qoyulub. Hər bir karta cəmi 4 dəfəlik gediş haqqından artıq yükləmək olmur. Bu yolla da sərnişinlərin 15 qəpiklə karta istədikləri qədər gediş haqqı yükləmək arzusunun qarşısı alınır. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olur. Bakı Metropoliteni rəsmiləri isə yaranmış vəziyyətə aydınlıq gətirməkdənsə, susmağa üstünlük verir. Qeyd edək ki, adi vaxt metro kartına maksimum yüz dəfəyə qədər giriş vurmaq mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB