MSK sədri: “Seçkilərdə qanun pozuntusuna yer verənlərlə bağlı ölçü götürüləcək\"
"Noyabrın 30-da keçiriləcək seçkilərdə qanun pozuntusuna yer verənlərlə bağlı ölçü götürüləcək". SİA-nın xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, seçki çoxlu sayda insanı əhatə edən proses olduğundan, orada hansısa çatışmazlığın baş verməsi qaçılmazdır. Bununla yanaşı Azərbaycandakı seçkilər başqalarına nümunə sayıla biləcək səviyyədədir: "Seçki günü ictimaiyyətə 5 dəfə rəsmi məlumat verəcəyik. İlkin nəticələri çalaşıcağıq ki, noyabrın 30-da gecə saatlarında açıqlayaq".
Gələcəkdə Azərbaycanda seçkilərin elektron səsvermə yolu ilə keçirilə biləcəyini də xatırladan MSK sədri bildirib ki, bundan ötrü seçki qanunvericiliyə dəyişiklik olmalıdır: "Lakin bu, təkcə bizdən asılı məsələ deyil. Azərbaycan Avropa Şurasına daxil olarkən öhdəliklər götürüb, seçki ilə bağlı qanunvericiliyə dəyişikliklər də bu qurumun ekspertləri ilə birgə işlənilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB