Türkiyə iş adamlarının Ermənistanla birgə əməkdaşlığı barədə Türkiyəli rəsmilər nə düşünür?

Türkiyə iş adamlarının Ermənistanla birgə əməkdaşlığı barədə Türkiyəli rəsmilər nə düşünür?

Bu günlərdə Türkiyə iş adamları Ermənistana səfər edərək birgə əməkdaşlığa dair saziş imzalayıb. SİA-nın xəbərinə görə, bu xəbərlər yayıldıqdan sonra məsələ hər iki tərəfi ciddi narahat edib. Görəsən, hər zaman Azərbaycanla bir millət, iki dövlət olduğunu deyən Türkiyənin iş adamlarının belə addımlar atmasına nə vadar edib?. Məsələyə aydınmlıq gətirən İzmir valisi Cahit Kıraç bildirib ki, hər iki ölkələrin siyasi məsələlərini Türkiyənin Xarici İşlər Nazirliyi həyata keçirir: "Bununla bağlı Xarici İşlər Nazirliyi zaman-zaman açıqlamalar verir. Amma onu deyə bilərik ki, Azərbaycan bizim qardaşımız, bir millətimiz və biz də hər zaman onunla bərabərik".

Türkiyə Azərbaycandakı səfiri Hulusi Kılıç isə Türkiyə biznesmənlərinin Ermənistana getməsi ilə bağlı məlumatsız olduğunu dyeib: "Sonu gözəl olan məsələlərə daha çox diqqət yetirmək lazımdır. Türkiyənin Azərbaycanla münasibətləri, dostluğu hər kəsə məlumdur. Ona görə də bu dostluğa xüsusi diqqət yetirmək və qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə