Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayql Ağdam rayonuna səfər edib. SİA-nın Qarabağ börusunun verdiyi xəbərə görə, rayon icra hakimiyyətində olan avropalı qonaq məcburi köçkünlərlə görüşüb. Burada köçkünlərin həyat şəraiti ilə yaxından tanış olub. Köçkünlər bildirib ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşüblər. Artıq 20 ildir köçkün şəraitində yaşasalarda yenidən torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər.
Avropa parlamentinin xarici əlaqələr komitəsinin üzvü bildirib ki, burda gördüklərindən belə nəticəyə gəldim ki, "Bu gün Azərbaycan dövləti məcburi köçkünlər üçün çox yaxşı şərait qurub və onalr üçün yeni evlər tikib".
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB