Bakı Metropolitenində gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması ilə bağlı məlumat ildırım sürəti ilə yayılmaqdadır. Verilən məlumatlara görə, bu barədə qərar Tarif Şurasında qəbul edilib. Maraqlısı isə odur ki, metropoliten işçiləri bu xəbərdən xəbərsizdilər. Onlar xəbəri ilk dəfə bizdən eşitdiklərini də gizlətmədilər. Metropolitenin Hərəkət Xidmətinin rəis müavini Elşad Musayev SİA-ya bildirdi ki, metropolitendə qiymətin artırılması reallığı əks etdirmir: "Bu xəbəri sizdən eşidirəm. Hər halda belə bir məlumat olsaydı biz də bilərdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB