Azərbaycan prezidenti Mavritaniyanın müstəqillik günü münasibətilə bu ölkənin prezidentini təbrik edib

Azərbaycan prezidenti Mavritaniyanın müstəqillik günü münasibətilə bu ölkənin prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Məhəmməd uld Əbdüləzizi təbrik edib.

SİA-nın "AzərTAc"a istinadən verdiyi məlumata görə, dövlət başçısı təbrikdə ümidvar olduğunu bildirib ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcək: "Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və rifah arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə