Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri Berlində görüşəcək

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri Berlində görüşəcək

Noyabrın 28-də Almaniyanın Berlin şəhərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə açıqlamasında "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov məlumat verib.


B.Səfərovun sözlərinə görə, görüş tərəflərin təşəbbüsü əsasında həyata keçiriləcək.


İcma rəhbəri görüşdə icma üzvlərindən Fərhad Bədəlbəyli, Kamal Abdulla, Rövşən Rzayev, Anar Usubov və Ramiq Məhərrəmovun iştirak edəcəyini bildirib.


Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, "Dağlıq Qarabağ - dialoq forumu. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında fikir mübadiləsi" mövzusunda keçiriləcək konfransda millət vəkili Rasim Musabəyov də iştirak edəcək. R. Musabəyov konfrans iştirakçılarına bölgədəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana vurduğu ziyanın təsirləri barədə məlumat verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə