Araz Əzimov: “Ermənistan rəhbərliyi bütün addımlara görə cavab verməli olacaq”

Araz Əzimov: “Ermənistan rəhbərliyi bütün addımlara görə cavab verməli olacaq”

Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun sözlərinə görə, bu baxımdan Kəlbəcər rayonu ərazisindən hər hansı bir yolun çəkilməsi və digər təşəbbüslər Cenevrə konvensiyalarına ziddir: "Bu, Ermənistanın konvensiyaları pozduğu ilk hal deyil, və bu, Yerevan tərəfindən atılan növbəti addım olacaq. Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq".

Ermənistan rəsmilərinin Kazan görüşü ilə bağlı dəyərləndirmələrinə münasibət bildirən A. Əzimov bu dəyərləndirmələri yanlış adlandırıb: "Lakin demək istəyirəm ki, 2010-cu ilin yanvarında Ermənistan Prezidenti Sarkisyan Yenilənmiş Madrid prinsipləri adlandırılan və Minsk qrupu həmsədrlərinin ölkələrinin təklif etdiyi sənədi rədd edib. Ondan sonra həmsədrlərdən biri bəzi təkliflər verdi. Bu təkliflər uyğun sayılmadığı üçün Azərbaycan tərəfindən qəbul edilmədi. Ermənistan rəhbərliyinin Kazan görüşü ilə bağlı iddiaları sadəcə düzgün deyil və həqiqətdən uzağa aparan iddialardır. Mən istərdim ki, onlar heç olmasa, keçən ilki vəziyyətə nəzər salsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə