Elçin Quliyev: \"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələr hazırlayır\"

Elçin Quliyev: \"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələr hazırlayır\"

\"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən narkotik vasitələrin hazırlanması və dövriyyəsi məqsədilə ciddi şəkildə istifadə edir". SİA-nın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev NATO-nun dəstəyi ilə Dövlət Sərhəd Xidməti tərəfindən "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda keçirilən seminarda deyib. Elçin Quliyev bildirib ki, dövlət sərhədinin Ermənistan tərəfindən işğal olunan ərazisinə Azərbaycan nəzarət etmir və bununlada həmin ərazilərdə narkotik vasitələrin hazırlanması və dövriyyəsinə əlverişli şərait yaranır: \"Azərbaycanın qənaətinə görə, vəziyyətin belə davam etməsi daha ciddi fəsadların baş verməsinə səbəb olacaq". DSX rəisi bununla bağlı beynəlxalq təşkilatların da məlumatlandırıldığını qeyd edib.

İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə