Noyabrın 22-də Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə ədliyyə işçiləri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
SİA-nın məlumatına görə, ziyarətçilər arasında Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Penitensiar Xidmətin rəisi Mədət Quliyev və başqaları olub. Ədliyyə işçilərinin peşə bayramı günü ilə bağlı bir sıra tədbirlər planlaşdırılır.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Əsasnaməsi 1918-ci il noyabrın 22-də təsdiq edilib. Azərbaycan Respublikası prezidenti Heydər Əliyev həmin günün ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı 2000-ci il noyabrın 11-də sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB