Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimlər keçirəcək -YENİLƏNİB

Azərbaycan və Rusiya sərhədçiləri Xəzərdə birgə təlimlər keçirəcək -YENİLƏNİB

Azərbaycan, Rusiya və Qazaxıstan sərhədçiləri Xəzər dənizində birgə təlimlər keçirəcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik xidmətinin cənub regional sərhəd idarəsinin rəisi general-palkovnik Nikolay Lisinski deyib. O, qeyd edib ki, plan üzrə keçiriləcək təlimlə bağlı hazırda müzakirələr aparılır, tərəflər bir sıra məsələlərdə hələlik ortaq mövqeyə gəlməyib. Onun sözlərinə görə, rəsmi Moskva təlimlərin ikitərəfli formatdan çıxmasının tərəfdarıdır: "Biz istərdik ki, digər Xəzəryanı dövlətlər - Qazaxıstan, Türkmənistan və İran da burada iştirak etsin. Onu da əlavə edim ki, yaxın vaxtlarda Moskvada bununla bağlı qeyd olunan dövlətlərin sərhəd idarələrinin rəhbərlərinin iştirakı ilə danışıqların aparılması da planlaşdırılır".

Nikolay Lisinski həmçinin Azərbaycanla Rusiyanın sərhəd xidmətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə