Goranboyda monitorinq keçirilib

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Goranboy rayonu istiqamətində növbəti monitorinq keçirilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tapqaraqoyunlu kəndində keçirilən monitorinqdə ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç keçirib.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus və səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas izləyib.

Anjey Kasprşik cəbhədəki vəziyyəti şərh edib: \"Mənim qiymətim belədir ki, vəziyyət stabildir. Amma bu vəziyyət məni qane etmir. Atəşkəs pozulur, itkilər var. Düzdür, son vaxtlar itkilərin sayı azalıb. Amma demək olar ki, ciddi pozuntular yoxdur. Vəziyyət stabildir, amma o qədər yaxşı deyil\". Əlavə olaraq Kaspişikə bildirilib ki, sentyabr ayının 9- dan noyabr ayının 16-na kimi ermənistan ordusu atəşkəsi 450 dəqiqə pozub. Oktyabr ayının 12-də isə Azərbaycan ordusunun bir əsgəri atəşkəsin pozulmasi nəticəsində yaralanıb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə