Fəzail Ağamalı: “Ümumxalq hərəkatı Azərbaycanın milli müstəqilliyinin qazanılmasında müstəsna rolu oynayıb” - AÇIQLAMA

Fəzail Ağamalı: “Ümumxalq hərəkatı Azərbaycanın milli müstəqilliyinin qazanılmasında müstəsna rolu oynayıb” - AÇIQLAMA

23 il bundan öncə Kremlin köməyi ilə separatçılığa başlayan, Azərbaycanın ərazi bütövlüyünə göz dikən və öz mənfur niyyətlərini həyata keçirməyə çalışan Ermənistana və onu himayə edənlərə qarşı Azərbaycan xalqının etiraz hərəkatı başlayıb. SİA-nın xəbərinə görə, millət vəkili Fəzail Ağamalı açıqlamasında bildirib ki, 1988-ci ilin noyabr ayının 17-də başlayan bu hərəkat dekabr ayının 5-nə qədər fasiləsiz olaraq Azadlıq meydanında davam edib. Millət vəkili vurğulayıb ki, uzun illər Azərbaycan Sovet İmperiyasına qarşı bəsləmiş olduğu dərin nifrəti və azadlıq hissələrinin təzahürü olan meydan epopeyası əslində bütün Azərbaycan ərazisini əhatə edib.

"Həmin hadisələrin iştirakçısı və şahidi kimi deyərdim ki, 1988-ci ilin 17 noyabrda başlayan bu hərəkat demək olar ki, ölkənin bütün ərazisini bürüdü və sözün əsl mənasında noyabr ayı ərzində Azərbaycan xalqı meydanla yaşayıb, meydanla nəfəs alırdı. Məqsəd isə erməni separatizminə qarşı Azərbaycan xalqının etirazı və etirazın öz çərçivəsindən çıxaraq mili azadlıq elementlərinin özündə daşıyan böyük bir hərəkata çevrilməsi idi. Dirçəliş günü Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazılan, hər birimizin şərəfli günlərini və anlarımızı yaşamış olduğumuz bir tarixdir. Bu tarixlə Azərbaycan xalqının milli şüuru geniş miqyas aldı və 1988-ci ilin 17 noyabr ayından başlamış olan bu ümumxalq hərəkatı Azərbaycanda azadlıq mübarizəsinin geniş miqyas almasına və Azərbaycanın milli müstəqilliyinin qazanılmasında çox müstəsna rolu oldu. Bu tarix hər birimizin şərəf duyduğu bir tarixdir", - deyə partiya sədri əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə