Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib

Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən SİA-ya verilən məlumatda bildirilir ki, noyabrın 16-da yeni çağırış Kanada parlamentinin üzvlərinin iştirakı ilə Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib. Qeyd edək ki, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu 2006-cı ildən fəaliyyət göstərir və bugünkü görüş 2011-ci ilin mayında Kanadada keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra qrupun ilk iclasıdır.

İclasda hakim Mühafizəkarlar Partiyasının üzvü Barri Devolin Dostluq Qrupunun yeni sədri seçilib. Bildirək ki, B.Devolin 2008-ci ildə Kanada parlamentinin nümayəndə heyətinin üzvü qismində Azərbaycanda səfərdə olub.

Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iclasda iştirak edib. Səfir çıxışında parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafı üçün faydalı olacağını vurğulayıb, Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə