İlham Əliyev Uşaqların II Forumu iştirakçılarına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Uşaqların II Forumu iştirakçılarına təbrik məktubu ünvanlayıb. Təbrikdə bildirilir: "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün müvafiq şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Forum iştirakçılarını və bütün uşaqları səmimi qəlbdən salamlayır, hamınıza can sağlığı, xoşbəxtlik və həyatınızda nailiyyətlər arzulayıram. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Forumun iştirakçısı olan uşaqlar da məhz müstəqillik illərində göz açmışdırlar".
Məktubda deyilir: "İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz. Uşaqlarımızın ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin aparıcı istiqamətini təşkil edir".
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasının başlıca müddəalarını özündə ehtiva edən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" qanunu 1998-ci ildə qəbul olunduğunu xatırladan dövlət başçısı vurğulayıb ki, həmin vaxtdan etibarən ötən müddət ərzində bununla əlaqədar milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsinə, onların geniş dünyagörüşlü və sağlam mühitdə böyüməsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Ümidvaram ki, Sizin Forum respublikamızda uşaqlarla bağlı ardıcıl aparılan dövlət siyasətinin məntiqi davamına və tərkib hissəsinə çevriləcək. Forumun işinə uğurlar diləyir, hər birinizə müvəffəqiyyətlər arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB