Zəki Qazioğlu: \"Qarabağ Azərbaycanındır və üçrəngli Azərbaycan bayrağı orada dalğalanacaq\"

Zəki Qazioğlu: \"Qarabağ Azərbaycanındır və üçrəngli Azərbaycan bayrağı orada dalğalanacaq\"
Bu gün Şimali Kipir Türk Cümhuriyyətinin yaradılmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə ŞKTC-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu SİA-ya açıqlamasında bu günün Azərbaycanda da qeyd etdildiyindən qürur duyduğunu bildirdi: "Əvvəlcə Kipirdə yaşayan türklər özləri müxtəlif adlar altında öz idarələrini yaratmışlar. Lakin 1983-cü ilin 15 noyabr tarixində dövlət olduğünu elan edərək dünya dövlətləri içərisində öz yerini tutub. Hazırda bizim Cümhuriyyətin həm siyasi, həm iqtisadi əlaqələr qurduğu ən yaxın dövlət Azərbaycandır. Bunu mən qurur hissi ilə söyləyirəm. Bu əlaqələr içərisində elmi əlaqələr daha coxdu. Cünki hazırda Kipirdə 1000-dən artıq tələbə təhsil alır. Turizim sahəsindədə geniş əlaqələrimiz mövcuddur ki, bunun göstəricisi olaraq bu il Azərbaycandan 4 min turist qəbul etmişik. Qurulan bu əlaqələr hər iki dövlətin inkişafına xidmət edir. Şimali Kipir Türk Cümhuriyyətində yaşayan hər bir insan düşünür ki, Dağlıq Qarabağ Azərbaycanındır və gec tez Azərbaycana qayıdacaq, üçrəngli bayraq da orada dalğalanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə