Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarı qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin və eləcə də enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığa dair əldə olunan son razılaşmanı alqışladığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB