Kristian Vigenin: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir"
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynamaq istəyir.
AzərTAc xəbər verir ki, bu sözləri Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin Bolqarıstanın "Focus" agentliyinə müsahibəsində deyib.
Avropalı deputat bildirib ki, Avropa Komissiyası sədrinin müavini, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun noyabrın 15-dən 17-dək Cənubi Qafqaza səfəri qurumun bu regionda, xüsusilə dondurulmuş münaqişələrin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin nizamlanmasında daha fəal rol oynamaq istəyini təsdiqləyir: "Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, bölgə üçün təhlükə mənbəyidir. Mənə elə gəlir ki, Aİ-nin daha fəal səyləri vəziyyəti dəyişə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB