Azərbaycan Prezidenti Latviyanın iqtisadiyyat nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Latviya Respublikasının iqtisadiyyat naziri Daniels Pavlutsu qəbul edib. SİA-nın məlumatına görə, nazir Daniels Pavluts Latviyanın yeni hökumətinin ilk nümayəndəsi kimi Azərbaycana səfərindən məmnunluğunu bildirib. O, təmsil etdiyi yeni hökumətin Azərbaycan ilə əməkdaşlığı bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Son illər ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğulayan latviyalı nazir əməkdaşlığımızın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Dövlətimizin başçısı Azərbaycanın Latviya ilə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi işində maraqlı olduğunu deyib. Dövlət başçılarının uğurlu qarşılıqlı səfərlərinin yaxşı nəticələr verdiyini vurğulayan Prezident İlham Əliyev son illər münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini bildirib. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən olunmuş istiqamətlər üzrə, xüsusilə ticarət sahəsində bir çox investisiya layihələrinin müzakirə edildiyini deyən dövlətimizin başçısı Latviyanın yeni hökuməti ilə də ölkəmizin uğurlu əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB