Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana bu gün başlayacaq rəsmi səfəri ilə bağlı Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, bu gün saat 10.30-dan 15 noyabrda saat 13.30-dək paytaxtın mərkəzi prospekt və küçələrində avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.


Belə ki noyabrın 14-də saat 10.00-dan Heydər Əliyev Beynəlxalq Hava limanından Aeroport və Böyük Şor şosseləri, Heydər Əliyev prospekti, 10-cu zavod yol qovşağı, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq, Zərifə Əliyeva prospektləri, Rəsul Rza küçəsi, Nefçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət küçələri və həmin marşrutla geriyə Mərdəkan dairəsi, Mərdəkan şossesi, Buzovna dairəsi, Zaqulba şossesinə, həmçinin Neftçilər prospektindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif xan Xoyski, Koroğlu Rəhimov küçələri, Qələbə meydanı, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospektləri istiqamətində saat 19.30-dək fasilələrlə məhdudlaşdırma olacaq.


Noyabrın 15-də isə saat 8.30-dan İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin və Mehti Hüseyn küçələri ilə Parlament prospekti, Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eləcə də əks istiqamətdə Qurban Abbasov, Mikayıl Useynov, Dövlət Bayrağı Meydanı və İçəri şəhər istiqamətlərində avtomobillərin park edilməsi və nəqliyyat vasitələrinin hərəkətində fasilələrlə məhdudiyyət olacaq.


Yol polisi sürücülərdən göstərilən marşrut üzrə mümkün qədər az istifadə etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə